Ru
17:15 / 29 Mart 2023

Whatsapp-dan daha bir yenilik - FOTO

Whatsapp-dan daha bir yenilik -  FOTO
Eye

“Meta” şirkətinə məxsus “WhatsApp” mesajlaşma platforması hər kəsi sevindirəcək yeni funksiyasını sınaqdan keçirməyə başlayıb.

Bakupost.az xəbər verir ki, mesajları redaktə etmə funksiyası üzərində işləyir.

Yeni funksiya ilə istifadəçilər artıq heç bir əlavə mesaj yazmadan səhvlərini tez və asanlıqla düzəldə biləcəklər.

Lakin 15 dəqiqə ərzində düzəliş edilməsə, sonradan redaktə etmək mümkün olmayacaq.

Redaktə edilmiş yazıların “düzəldilib” etiketi ilə qeyd olunacağı bildirilib.

Qeyd edək ki, funksiya üzərində işlər aparılır. Problemsiz işlədiyi zaman onun bütün istifadəçilər üçün əlçatan olacağı gözlənilir.



Aynur
BakuPost

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar