Ru
15:05 / 09 Avqust 2025

Əliyev uca boyu, uca təfəkkürü ilə Ağ Evdə xalqının başını ucaltdı...

Əliyev uca boyu, uca təfəkkürü ilə Ağ Evdə xalqının başını ucaltdı...
Eye

Sabir Rüstəmxanlı,
Xalq şairi


Dünən Vaşınqtonda baş verən hadisə dünya mediasının başlıca müzakirə mövzularından biridir, sevinən də yazır, yasa batan da...

Şübhəsiz, hələ çox yazılacaq, çox təhlillər aparılacaq. Ermənistanın işğalçılıq müharibəsinin alovunda isinənlər, ağlasığmaz xəyallar quranlar, bizim müqavimət gücmüzün tükəndiyinə sevinənlər çox oldu. 35 il dünya özünü kar-kor kimi apardı, axan qanlarımızı, yerindən-yurdundan qoparılan insanlarımızın faciəsini, dağılan yurdlarımızın fəryadını görməzdən-eşitməzdən gəldilər. Dünyanın böyük dövlətləri çeşidli adlar altında “araçılıq” edə-edə xristian təəssübkeşliyi ilə xalqımızı məğlubiyyətlə, torpaq itkisiylə barışdırmağa çalışdılar. Milli birliyi pozmaq üçün aramıza hər cür nifaq toxumu səpmək istədilər. Azərbaycan bu “diplomatiya” tələlərinə düşmədi: “milli dövlətçiliyin qorunması” yolunu tutdu və bu yolda son sözü qalib Azərbaycan ordusu dedi...

Qarabağ savaşındakı qələbəmiz dünyanı silkələdi və bütün xəyanətkar oyunları pozdu...

Beş il öncə qazanılmış qələbənin daha bir təntənəsini və artıq rəsmiləşən, bütün iddialara son qoyan hüquqi yekununu dünən Vaşinqtonda gördük...

Bu böyük mərasimin, orada bağlanan müqavilənin, səslənən fikirlərin, dövlət başçılarının çıxışlarının bölgəmiz və Azərbaycan üçün nə qədər önəmli olmasını hər kəs yaxşı bilir. Amma bir cəhət özəlliklə vurgulanmalıdır: həmin gün Azərbaycanın müstəqilliyi və torpaqlarımızın azadlığı uğrunda canından keçmiş şəhidlərimizin ruhunun şadlandığı, sevindiyi, qazilərimizin üzünün güldüyü, millətimizin ürəyinin qürurla dolduğu, bizə qarşı hazırlanan xəyanətlərin ifşa olunduğu, milli iradənin şərə meydan oxuduğu gün idi. 9 Avqustda Azərbaycanın dünyadakı yeri daha aydın göründü...

Eyni zamanda, Ermənistanı silahlandırıb tələm-tələsik revanşızmi körükləyənlərin, şimalda son aylarda başlanan anti-Azərbaycan hərəkatın səbəbkarlarının da siması ortaya çıxdı. Barışı əngəlləmək və bu işdə təşəbbüsün okeanın o üzünə daşınmasına yol verməmək niyyəti baş tutmadı.

Prezident İlham Əliyevin ABŞ səfəri, bağlanan müqavilə, həm də, Amerika-Azərbaycan münasibətləri tarixində yeni bir tarixi mərhələnin başlanqıcıdır. İllər uzunu müzakirə mövzusu olan 907-ci düzəlişin və Minsk qrupunun ləğvi də Vaşinqton görüşlərinin uğurlu nəticələrindəndir. Ağ Evdən İlham Əliyev öz uca boyu və uca təfəkkürü ilə xalqının, dövlətinin başını ucaltdı...

37 ildən bəri bu günü gözləyən xalqımızı və ömrü mübarizələrdə keçən bütün dostlarımızı ürəkən təbrik edirrəm. Xalqımıza xeyirlı- uğurlu olsun!


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar