Sterlitamak şəhərində (Rusiya) ən böyük soda istehsalı zavodunda qaz partlayışı baş verib.
Bakupost.az xəbər verir ki, bu barədə Başqırdıstanın Fövqəladə Hallar Nazirliyinin Regional İdarəsi məlumat verib.
Ümumilikdə 36 nəfər xəsarət alıb, onlardan 27-si xəstəxanaya yerləşdirilib, 21-nin vəziyyəti ağırdır - reanimasiya və intensiv terapiya şöbəsindədir.
İlkin məlumatlara görə, hadisə texnoloji boru kəmərinin hermetikliyinin pozulması nəticəsində baş verib.
Partlayış faktı üzrə cinayət işi açılıb.