Ru
14:45 / 09 Avqust 2025

Skuterə görə xanım sərnişini söyən "Bolt" sürücüsü belə CƏZALANDIRILDI

Skuterə görə xanım sərnişini söyən "Bolt" sürücüsü belə CƏZALANDIRILDI
Eye

Bakıda xanım müştərini söyərək təhqir edən "Bolt" taksi sürücüsü inzibati qaydada həbs olunub.

Bakupost bildirir ki, hadisə Leyla adlı sərnişinin BYD markalı avtomobilə minməsi ilə başlayıb.

Leyla "Bolt" tətbiqi vasitəsilə taksi sifariş edib. Sifarişə uyğun olaraq ünvana 1997-ci il təvəllüdlü, Bakıda anadan olmuş C.V. adlı sürücü gəlib. Müştəri uşağının skuterini avtomobilin yük yerinə yerləşdirib və arxa oturacaqda əyləşib.

Sürücü skuteri yükləyərkən avtomobilin cızıldığını iddia edərək sərnişini aparmaqdan imtina edib və əsəbi şəkildə maşından düşməsini tələb edib. Müştəri isə heç bir ziyan vurmadığını və sifarişin ünvana çatdırılmalı olduğunu bildirib.

Daha sonra hər iki tərəf avtomobildən düşüb və aralarında mübahisə yaranıb. C.V. küçədə, insanların gözü qarşısında nalayiq ifadələr işlədərək sərnişini təhqir edib. Leylanın sözlərinə görə, ətrafdakı şəxslər sürücünü ondan uzaqlaşdırmasaydı, fiziki zorakılığa da əl ata bilərdi. Zərərçəkmiş qadın sürücüdən şikayətçi olub və barəsində ciddi tədbir görülməsini istəyib.

Məhkəmənin qərarı ilə sürücü İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ("Xırda xuliqanlıq”) üzrə təqsirli bilinərək, 5 gün inzibati həbs cəzası alıb (qaynarinfo.az).

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar