Vaginal axıntı bəzən normal görünsə də, bəzi rənglər sağlam, bəziləri isə təhlükəli ola bilər. Rənginə görə fərqlənən axıntıya ciddi yanaşmaq lazımdır.
Bakupost.az xəbər verir ki, son illər ginekoloji xəstəliklərə qarşı tədbirlər artıb.
Xüsusilə vaginal axıntı gün ərzində qadınların kabusuna çevrilib. Bu rənglər bəzi hallarda xərçəngin əlamətlərini göstərir.
Alt paltarınızda rəngli axıntı görsəniz, bu ləkələri ciddi qəbul etməlisiniz.
Hansı rəng nə deməkdir?
Şəffaf ağ
Şəffaf ağ axıntı görsəniz, bu, adətən normaldır. Vajinanızın özünü təmizləmə funksiyasını yerinə yetirdiyini ifadə edə bilər.
Tünd qırmızı və ya qəhvəyi
Tünd qırmızı və ya qəhvəyi axıntı servikal və ya endometrium xərçəngini göstərə bilər. Menstruasiya dövrləri arasında qanaxma varsa, dərhal yoxanılmalıdır.
Qəhvəyi axıntı təkcə xərçənglə əlaqəli deyil. Bu tip axıntı bir neçə həftə davam edərsə, cinsi əlaqədən sonra müntəzəm olaraq baş verirsə və ya digər simptomlarla (vaginal qıcıqlanma, qəribə qoxular, sancılar və s.) müşayiət olunursa, həkiminizlə məsləhətləşmək vacibdir. Bu adətən infeksiya əlaməti deyil.
Sarımtıl
Sarımtıl rəng yediyiniz qidalardan qaynaqlana bilər. Ancaq pis və balıq qoxulu axıntı varsa, bu bakterial infeksiyanın əlaməti ola bilər. Sarı axıntı cinsi yolla ötürülən bir xəstəliyin göstəricisi ola bilər.
Boz
Boz axıntı vaginoz adlanan vəziyyəti göstərə bilər. Bu vəziyyət vajinada qoruyucu bakteriyaların olmamasının bir əlamətidir.
Kremə bənzər axıntı
Kremli axıntı çox vaxt maya infeksiyasının əlaməti ola bilər. Əgər şişlik, ağrı və qaşınma varsa, həkimə müraciət etmək vacibdir.
Aygün
BakuPost