Sabirabad rayonu Əsgər Şərbətov adına Çiçəkli kənd tam orta məktəbinin direktoru Bayram Qasımov vəzifəsindən azad edilib.
Bakupost.az Oxu.az-a xəbər verir ki, Mil-Muğan Regional Təhsil İdarəsinin məlumatına görə, sözügedən məktəbdə qurum tərəfindən monitorinqlər aparılıb.
Aparılan monitorinqdən sonra məktəbin direktoru Bayram Qasımovun fəaliyyətində nöqsanlar aşkar edilib, bununla əlaqədar olaraq onun əmək müqaviləsinə xitam verilməsi üçün müvafiq əmr imzalanıb.