Ru
15:39 / 03 Oktyabr 2025

Şahrux Xan milyarder oldu

Şahrux Xan milyarder oldu
Eye

Bollivud ulduzu Şahrux Xan 59 yaşında milyarder olub və dünyanın ən zəngin aktyorlarından birinə çevrilib.

Bakupost.az axar.az-a istinadla xəbər verir ki, bu barədə BBC məlumat yayıb.

“Hurun India Rich List 2025” siyahısına görə, Şahrux Xanın sərvəti 1.4 milyard dollara çatıb.

Şahrux Xan illərdir Bollivudda “romantika kralı" kimi tanınır. Böyük prodakşn şirkəti “Red Chillies Entertainment” və “Knight Rider Sports” kriket komandasının sahibidir.

“Hurun İndia”nın təsisçisi və baş tədqiqatçısı Anas Rahman Cüneyd BBC-yə bildirib ki, Xanın milyarder statusu əsasən bu iki şirkətdən gəlir. Bundan əlavə, aktyor film, reklam və dünya üzrə daşınmaz əmlaka sərmayələrdən də gəlir əldə edir.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar