Bakının Yasamal rayonu, Xarici Dairəvi avtomobil yolunun yan yolunda (Məhəmməd Xiyabani küçəsindən Moskva prospektinədək olan hissə) nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılır.
Bakupost.az xəbər verir ki, bununla bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.
Bildirilib ki, məhdudiyyət 11 oktyabr saat 08:00-dan 12 oktyabr 12-si saat 24:00-dək tətbiq olunacaq.
Buna səbəb sözügedən yolda aparılacaq təmir işləridir.
Sürücülərdən alternativ yollardan istifadə etmələri xahiş olunur.