Ru
21:36 / 09 Oktyabr 2023

Xaçmazda yol qəzası: 4 nəfər xəsarət aldı

Xaçmazda yol qəzası: 4 nəfər xəsarət aldı
Eye

Gəndob-Xaçmaz-Yalama avtomobil yolunun 35-ci km-də, rayonun Nərəcən kəndindən keçən hissəsində 4 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Bakupost.az “Report”a istinadən xəbər verir ki, "VAZ-21099" markalı minik avtomobili hərəkətdə olarkən "Qaz-3110" markalı nəqliyyat vastəsilə toqquşub.

Hadisə nəticəsində 1997-ci il təvəllüdlü Novruzov Alim Əlirza oglu, 1998 -ci il təvəllüdlü Novruzova Gülyanə Tahirmirzə qızı, 1971-ci il təvəllüdlü Qənbərova Hicran Nurbaba qızı və 1967-ci il təvəllüdlü Qənbərov Canpolad Cavanşir oğlu müxtəlif dərəcəli xəsarətlər alıblar.

Yaralılar təcili tibbi yardım biriqadasının köməkliyi ilə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına aparılıblar.

Hadisənin təfərrüatı araşdırılır.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar