Telejurnalist Vladimir Solovyova sui-qəsddə ittiham olunan şəxslər onu öldürmək üçün zəhərlənmiş pizzadan istifadə etməyi planlaşdırıblar.
Bakupost.az xəbər verir ki, bu barədə ТАСС-ın müxbiri hərbi məhkəmənin iclas zalından bildirib.
Məhkəmə iclasında ittiham olunanlardan biri – Andrey Pronskiyə məxsus mənzildən götürülmüş audioyazı təqdim edilib. Yazıda Pronski Vladimir Belyakov və digər iştirakçılarla söhbət zamanı sui-qəsdin sxemini ətraflı təsvir edir.
Səsləndirilən məlumatlara görə, Pronski plan haqqında danışaraq bildirir ki, onlar Solovyovun ünvanını müəyyənləşdirəcək, onun yemək çatdırılması xidmətindən verdiyi sifarişi izləyəcək, sifarişi yolda ələ keçirəcək və daha sonra onu tərkibində zəhər olan pizza ilə əvəz edəcəklər.
Xatırladaq ki, Solovyova sui-qəsdlə bağlı altı şübhəlinin saxlanılması haqqında məlumat 2022-ci il aprelin sonunda yayılıb. Rusiya İstintaq Komitəsinin versiyasına görə, şübhəlilərin hamısı “National Socialism – White Power” (“Milli Sosializm – Ağ güc”) adlı neonasist terror təşkilatının üzvləridir. Təqsirləndirilən şəxslər Moskvada televiziya aparıcısının avtomobilini partlatmağı planlaşdırsalar da, buna da nail ola bilməyiblər.
Rusiya Ali Məhkəməsinin qərarı ilə qadağan edilən “National Socialism – White Power” təçkilatı “Rosfinmonitorinq” tərəfindən terrorçular və ekstremistlər siyahısına daxil edilib.
Cavid, BakuPost