"İndiki şəraitdə ən çox müzakirə edilən məsələlərdən biri təhsildə risklər problemidir".
Bakupost.az xəbər verir ki, bunu filologiya elmləri doktoru, professor Telman Cəfərov bildirib.
T.Cəfərov hesab edir ki, ən böyük risk dövlət təhsil müəssisələri sistemində şəxsi təşəbbüslərin, özünümaliyyələşmə prinsipləri ilə təşkil olunan fəaliyyətlərin, geniş mənada şəxsi nümunələrin itirilməsi prosesinin kulminasiya həddinə çatması riskidir.
Onun fikrincə, Azərbaycanda bugünkü təhsil həyatı üçün səciyyəvi olan ikinci risk tam orta təhsil səviyyəsindəki mənzərə ilə bağladır
Təhsilimizdə üçüncü risk
QİYMƏTLƏNDİRMƏ mexanizmləri, ÜMUMİ və TAM ORTA TƏHSİL HAQQINDA DÖVLƏT SƏNƏDİNİN verilməsi qaydaları
Qənaətimiz:
1. Orta təhsildə tətbiq olunan 100 ballıq qiymətləndirmə mexanizmi şagird fəaliyyətinin motivasiyasına xidmət etmir. Formativ qiymətləndirmə formal xarakter daşıyır, summativ qiymətləndirmələr təhsilalanların dərslərə davamiyyəti, hazırlığı, məktəbin ictimai həyatında iştirakını tam əks etdirməkdən uzaqdır.
Orta məktəblərdə qiymətləndirməni ən azından ali və orta ixtisas məktəblərində tətbiq olunan 100 ballıq qiymətləndirmə modelinə uyğunlaşdırma səmərəli olardı.
2.Ümumi və orta təhsil səviyyələrini bitirənlər nəinki bir, iki, üç, hətta bütün tədris fənlərindən "iki" qiymətlər aldığı təqdirdə belə, onlara Dövlət nümunəli sənədin - attestatın verilməsi.
3. Bir təhsil səviyyəsini (ümumi orta) bir, bir neçə, bütün fənlərdən "iki" qiymətlərlə bitirənlərin növbəti - tam orta təhsil səviyyəsinə keçirilməsi.
4. Bu qiymətləndirmə meyarları və mexanizmlərinin Milli Kvalifiksiya Çərçivəsi ilə müəyyən olunan deskriptorlara və tələblərə ziddiyyəti.
5. Ən təhlükəlisi: 1) bu tədbirlərin kökündə Azərbaycan məktəbinə, müəlliminə inamsızlığın dayanması; 2) ölkəmizin beynəlxalq əlaqələrinin genişləndiyi, nüfuzunun artdığı, həm də bədxahlarının çoxaldığı bir zamanda dövlət təhsil sənədlərində "iki" qiymətlərinin dünyanı dolaşması reallığı.
Bu riskin təhsilimizə, təsəvvürlərimizə vurduğu ziyan göz qabağındadır. Etməyə dəyərmi?