Ru
15:31 / 11 İyul 2017

“AZALJET” ləğv olundu

“AZALJET” ləğv olundu
Eye

"Buta Airways” aşağı büdcəli aviaşirkətinin fəaliyyətə başlaması "AZALJET” brendinin ləğv olunması deməkdir.



Bu barədə "Report”a açıqlamasında "Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənski məlumat verib.



Onun sözlərinə görə, "Buta Airways” bu gündən bilet satışına başladığı üçün artıq "AZALJET” brendi üzrə bilet satışı dayandırılıb. Amma bu, indiyə qədər "AZALJET”dən bilet almış sərnişinlər üçün heç bir problem yaratmayacaq. Onlar aldıqları biletdən istifadə edib, istədikləri istiqamətdə uça biləcəklər.



"Sadəcə, bundan sonra Azərbaycanda dövlətə məxsus 2 mülki aviasiya brendi - "AZAL” və "Buta Airways” olacaq”, - P.Kəsəmənski qeyd edib.

 

BakuPost

“AZALJET” ləğv olundu
“AZALJET” ləğv olundu
Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar