Ru
18:40 / 26 Noyabr 2025

İranın yeni paytaxtının adı AÇIQLANDI

İranın yeni paytaxtının adı AÇIQLANDI
Eye

İranda anomal quraqlıq hökm sürür. Ölkənin iri şəhərlərini təmin edən su anbarlarının 5 faizi doludur. Məsələn, paytaxt Tehrandan sonra ikinci ən böyük şəhər olan Məşhədi təmin edən anbarlarında yalnız 3 faizi və ya daha az su qalıb. Vəziyyət çox kirtikdir, hətta Prezident Məsud Pezeşkian bildirib ki, qışın başlamasına qədər yağış yağmasa, paytaxtı köçürmək məcburiyyətində qalacaqlar.

Bakupost.az Teleqraf-a istinadla xəbər verir ki, bu barədə “Meduza”nın araşdırmasında deyilir.

Mütəxəssislərin hesablamalarına görə, İranda son 70 ilin ən quru payızı yaşanır. Ölkənin qərbində Zaqros dağlarına yağış, Tehrana yaxın Toçal dağına qar düşsə də, yağıntı miqdarı hələ də iqlim normasının təxminən onda birinə bərabərdir.

“Meduza” İran hökumətinin məlumatına istinadla yazıb ki, Tehran vəziyyətdən çıxmaq üçün qurumuş Urmiya gölü üzərində süni yağış əməliyyatına başlayıb. Amma problem ondadır ki, bu, yalnız havada kifayət qədər rütubət olduqda effektli olur. İranda havanın demək olar ki, hər yerdə, o cümlədən buludların yığıldığı dağlarda da çox quru olması əməliyyatı çətinləşdirir.

Tehran və digər iri şəhərlərdə suya qənaət məqsədilə su məhdudiyyətlərlə verilir. Su tankerləri qarşısında kilometrlərlə növbələr yaranır, məscidlərdə yağış üçün dualar oxunur.

Su böhranı nəticəsində İranın hidroelektrik stansiyalarında enerji istehsalı zəifləyib. Sənaye müəssisələri də su çatışmazlığından əziyyət çəkir. Kənd təsərrüfatı üzrə əkin azalıb, bu da gələcəkdə ərzaq qiymətlərinin yüksəlməsi deməkdir.

İran ağır iqtisadi böhran yaşayır. Hər ay ərzaq qiymətləri artır. Məsələn, 1 kq toyuq filesi təxminən 3,5 dollardır, aylıq orta gəlir isə 200 dollar civarındadır.

İran hökuməti su idxalı üzrə qonşularla danışıqlar aparmaq məcburiyyətində qala bilər. Məsələn, BƏƏ-də duzlu suyu təmizləmə texnologiyaları var. Amma sanksiyalar və qonşularla gərgin münasibətlər səbəbindən beynəlxalq yardım olduqca məhdud olacaq.

Ekspertlər su böhranını həm iqlim dəyişiklikləri, həm də hökumətin səhvləri ilə əlaqələndirir.

Hökm sürən anomal quraqlıq fonunda İranın paytaxtının köçürülməsi gündəmdədir. Prezident Pezeşkiana görə, yeni paytaxt ölkənin cənub-şərqində, Məkran bölgəsində tikiləcək. Bura da qumlu, isti və quru ərazidir. Amma ekspertlərə görə, Məkran dənizə yaxın olduğundan su təchizatı duzdan təmizləmə texnologiyası ilə təmin oluna bilər. İran Prezidenti oktyabrın 4-də bu kontekstdə Bəndər-Abbas şəhərinin adını çəkmişdi.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar