Ru
18:09 / 26 Noyabr 2025

Suriyada güclü partlayış: Ölən və yaralananlar var

Suriyada güclü partlayış: Ölən və yaralananlar var
Eye

Suriyanın şimal-qərbindəki İdlib bölgəsində güclü partlayış baş verib.

Bakupost.az xəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb.

Məlumata görə, İdlibin şimalındakı Kefertaharim ərazisində səbəbi hələlik məlum olmayan güclü partlayış səsi eşidilib. Partlayışdan sonra ərazidən qatı tüstü dumanı yüksəlib.

Suriyanın Daxili Təhlükəsizlik Qüvvələri Komandanlığı partlayış nəticəsində beş mülki şəxsin həyatını itirdiyini bildirib. Dpqquz nəfər yaralanıb. Yaralılar xəstəxanaya yerləşdiriliblər.

Əraziyə mülki müdafiə qrupları göndərilib.

Dağıntılar altında axtarış-xilasetmə işləri davam etdirilir.

Hadisənin nəticələrinin aradan qaldırılması üçün müvafiq qurumların əməkdaşları ərazidə işləyirlər.





Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar