“Dünyanın ən güclü qadını” titulunun sahibi Ceymi Bukerin transgender olduğu məlum olduqdan sonra titul əlindən alınıb.
Bakupost.az xəbər verir, bu barədə məlumatı Daily Mail yayıb.
Təşkilatın açıqlamasına görə, əgər Bukerin cinsiyyət barədə yanlış məlumat verdiyi əvvəlcədən bilinsəydi, ona açıq qadın kateqoriyasında iştirak icazəsi verilməzdi. Titul ikinci yeri tutan britaniyalı Andrea Tompsona təqdim edilib.
Tompson bildirib ki, Bukerlə bağlı şübhələr onun internetdə pornoqrafik kontent yerləşdirilən saytlarda foto və videolarının aşkar edilməsindən sonra yaranıb.
Bakupost.az