Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Niderland Krallığının ölkəmizdəki səfiri Marian de Yonq ilə görüşüb.
Bakupost.az xəbər verir ki, bu barədə Niderlandın Azərbaycandakı səfirliyi məlumat yayıb.
Bildirilib ki, görüşdə regional proseslər, Azərbaycan–Aİ çərçivəsində siyasi və iqtisadi əməkdaşlıq məsələləri müzakirə olunub, eləcə də ikitərəfli münasibətlərin daha da gücləndirilməsi perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.